YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Koronavirus bəlasından xilas olmaq üçün hər kəs məsuliyyətini anlamalıdır

“Təəssülər olsun ki, koronavirus adlı bəla hələ də davam etməkdə, iqtisadiyyatları çökdürtməkdə, insan həyatlarını məhv etməkdədir. Hələ də bu bəla ilə bağlı dünyada, bir çox ölkələrdə insanlıq dramları, facilələri yaşanmaqdadır. Çox təəssüflər olsun ki, biz də dünyanın bir parçası olaraq, bu bəladan, bu virusdan yana keçə, ötüşə bilmədik. Bu bəla, bu virus bizə də bulaşdı, "çağırılmamış qonaq" kimi, bizlərin də qapısını döyüdü. Amma üstünlüyümüz ondandır ki, biz bu bəlanın ciddiliyini, nələrə qadir ola biləcəyinin vaxtında, zamanında anladıq və qəbul etdik. Xüsusilə də, ölkə Prezidenti cənab İlham Əliyev bu məsələdə ilk gündən, ilk andan öz qətiyyətini, iradəsini, cəsarətini ortaya qoydu”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, bu məsələ ilə bağlı ardıcıl və qətiyyətlə addımlar atılmağa, önləyici tədbirlər görülməyə başlandı. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, oraya ilkin olaraq, büdcədən 20 milyon manat vəsait ayrıldı, əvvəlcə bir milyardlıq, sonra isə 2, 5 milyardlıq sosial paket, yəni, dövlət başçısının birbaşa göstərişi ilə Nazirlər Kabineti tərəfindən "Tədbirlər Planı" hazırlandı, ictimaiyyətə elan edildi və icraya yönəlildi. Pandemiyadan zərər çəkmiş, iş yerlərini itirmiş, iş yerləri bağlanmış və ya işsiz insanlara 2 aylıq 190 manat həcmində birdəfəlik ödəmələr verilməyə başlandı. Əvvəlcə 200 min, sonra 600 min insanın bundan yararlanması ilə bağlı tapşırıq verildi və icra olundu. Ödənişli təhsil alan və həssas qrupdan olan 20 mindən çox tələbənin yaz və payız semestrlərindəki təhsil haqlarının qarşılanmasını dövlət öz üzərinə götürdü. Vergi Məcəlləsinə, sosial sığorta ilə bağlı qanunlara ciddi dəyişikliklər edildi. "Yeni Klinika" istfadəyə verildi, 6 modul tipli xəstəxanın tikilməsi ilə bağlı vəsait ayrıldı və ilk modul tipli xəstəxanın açılışı oldu. Tibbi maskaların hazırlanması ilə bağlı iki böyük müəssisə qısa zamanda işə salındı. Rayonlarda da tibbi maskaların hazırlanmasına start verildi. Bununla yanaşı, bu çətin, həsas dönəmdə, iqtisadiyyatın dayandığı bir dövrdə Şamaxıda, Tərtərdə, Ağcabədidə, Bakının Qaradağ rayonunda bir sıra vacib müəssisələrin, yaşayış komplekslərinin açılışları baş tutdu.

“Bütün bunlar Azərbaycan insanını, Azərbaycan vətəndaşını bir çox maddi və mənəvi zərərlərdən, zərbələrdən, itkilərdən qorudu. Dövlətin gücünü, qüdrətini ortaya qoydu. İnsanlarda inam, ümid hisslərinin zəifləməsinə, ölməsinə imkan vermədi, əksinə, insanlarda gələcəyə, inkişafımıza daha dərin inam, ümid hissləri oyatdı. Bəli, müəyyən zərərlər, itiklər də yarandı, yaşandı, amma bunlar təhlükəli, qorxulu hala çevrilmədi. Ölkəmiz bu məsələdə də dünya üçün model, örənək, nümunə olmağı bacardı. Bu hər bir kəs tərəfindən-Türk Şurası, Qoşulmama Hərəkatı, nüfuzlu beynəlxalq şirkətlər tərəfindən etiraf və təqdir olundu”-deyə, deputat söyləyib.

Millət vəkili qeyd edib ki, pandemiya şəraitində də Azərbaycan öz insanpərvərlik, xeyirxahlıq, xilaskarlıq missiyasını uğurla yerinə yetirdi və bu gün də yetirməkdədir. Türk Şurasının, Qoşulmama Hərəkatının məhz ölkəmizin, dövlət başçımızın təşəbbüsü və videokonfranslar vasitəsi ilə möhtəşəm, tarixi Zirvə görüşlərinin keçirilməsi, Azərbaycanın uğurlarının, təcrübəsinin etiraf və təqdir olunması, yardım, köməklik üçün Azərbaycan minnətdarlıq bildirilməsi gözlərimiz qarşısında baş verənlər və yaşananlardır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə 5 milyon dollar həcmində ianə ayırdı. Bununla yanaşı, bir çox ölkələrə-o cümlədən, Moldovaya, Tacikistana və digərlərinə, ümumlikdə 3 beynəlxalq quruma kömək, yardım əli uzadıldı, onların koronavirus pandemiyası ilə mübarizəsinə dəstək verildi. Bütün bunlar ölkəmizin, dövlətimizin sözdə deyil, əməldə, işdə, çətin gündə belə əsl tərəfdaş, əsl mütəffiq olduğunu bir daha təsdiqlədi və gözlər önünə sərdi. Bu, millət, xalq, dövlət olaraq, bizim hər birimizin uğuru və qürurudur. Fəxr edir və qürur hissi keçiririk ki, məhz Azərbaycanın vətəndaşlarıyıq, məhz cənab İlham Əliyev kimi, müdrik Liderimiz var!

“Bu barədə sosial şəbəklərdə, mediada, kütləvi informasiya vasitələrində dəfələrlə mövqeyimi açıqlamış, çağırışlar etmişəm. Bu gün də yenə öz mövqeyimdə qalıram. Yenə də deyirəm: Azərbaycan dövlət rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemyası şəraitində və koronavirus infeksiyası ilə mübarizədə uğurlara, zəfərlərə imza atmaqdadır. Hətta, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən də ardıcıl yumşaldıcı tədbirlər seçilməkdədir. Amma çox təəssüflər olsun ki, hələ də öz məsuliyyətini hiss etməyən, həm özünün, həm də başqalarının taleyil ilə oynayan, onların da, özünün də həyatını təhlükəyə, risq altına alan vətəndaşlarımız var. Onlar hələ də bu məsələnin ciddiyyətini, nələrə qadir ola biləcəyini, hansı fəsadlara gətirib çıxara biləcəyini ya anlamır, ya da anlasalar belə, böyük məsuliyyətsizlik nümayiş etdirirlər. Yumşaldılma tədbirləri o demək deyildir ki, təhlükə, bəla sovuşub gedib. Xeyr, bunu düşünənlər yanılır və böyük səhvə yol verirlər. Bu təhlükəni o zaman tam aradan qaldırmaq, bu bəladan o zaman tam qurtulmaq mümkün olacaq ki, hər kəs vətəndaşlıq məsuliyyətini axıracan dərk edəcək, deyilənlərə, verilən qərar və tövsiyyələrə bir nəfər kimi əməl edəcək. Biz yalnız birlikdə və məsuliyyətimizlə bu bəladan tam qurtula bilərik və qurtulacağıq. Özünüz də görürsünüz ki, qanunvericilik səviyyəsində müəyyən sərtləşdirməlar, cəzalar nəzərdə tutululur, bununla bağlı müvafiq qanunvericliyə dəyişikliklər müzakirədədir və yaxın günlərdə də bu dəyişikliklər qəbul edilərək, təsdiqlənərək, hüquqi qüvvəsinə minəcək. Biz istəməzdik ki, kimlərsə cəzalansın, cərimələnsin. Amma buna məcburuq, bu, məcburiyyətdən doğan bir addımdır. Ona görə bir daha belə hesab edirəm və hər kəsə səslənirəm ki, gəlin məsuliyyətli, anlayşlı olaq, həm özümüzü, həm də digərlərini qoruyaq”-deyə, E.Səlimov söyləyib.