YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycanın “Taclı virus müharibəsi”ndə taktiki qələbəsi

ELMAN NƏSİROV

AZƏRBAYCAN RESPUBIİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATI,

YENİ AZƏRBAYCAN PARTİYASI BEYNƏLXALQ ƏLAQƏLƏR

KOMİSSİYASININ KATİBİ, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

Hər bir nəslin taleyinə öz məsuliyyəti düşür. Hər bir nəsil öz çağırışları ilə üzləşir. Babalarımız faşizm  çağırışı ilə sınağa çəkildi. Məsuliyyətini tam dərk edərək, müharibəyə qoşuldu və qalib  gəldi. O məsuliyyəti biz nəslin üzərinə ötürmədi. Bizim nəslin taleyinə isə koronovirus pandemiyası düşüb. Bizim üşün qlobal çağırış odur. Məsuliyyəti üzərimizə götürüb ona qarşı müharibədə qalib gəlməliyik. Məsuliyyəti növbəti nəslin üzərinə  ötürmək  mənəviyyatsızlıq olduğu qədər də qeyri-mümkündür. Bu qarşıdurmada “kim-kimi” prinsipi artıq planetar xarakter kəsb edir. Bu mübarizədə  birlik, həmrəylik və məsuliyyət  sivil dünyanın əsas silahlarıdır. Qarşı tərəf  isə gözə görünməyən düşmən olub, əsas müdafiə silahı-peyvəndi olmayan  bəşəriyəti ölüm hökmü ilə  hədələməkdə israrlıdır. Artıq dünyada yarım milyona yaxın  insan bu hökmün qurbanı olmuşdur.

 Azərbaycan xalqı və dövləti də tarixi sınaq qarşısındadır. Pandemiya ilə mübarizədə silahlanmışıq. Silahımız olan birliyimiz və həmrəyliyimiz ən yüksək səviyyədədir. Bu birliyin və həmrəyliyin  təminatçısı Azərbaycan xalqı və onun öz prezidentinə olan sonsuz inamı və etibarıdır. Bu da təsadüfi deyildir. Möhrərəm Prezidentimiz cənab İlham Əliyevin fors-major vəziyyətdə nümayiş etdirdiyi unikal idarəçilik mədəniyyəti, operativ reaksiya qabiliyyəti, preventiv, ardıcıl və sistemli qərarlar qəbul etmək məharəti “taclı virus müharibəsi”ndə  taktiki qələbəmizi təmin etmiş və strateji zəfər üçün münbit şərait yaratmışdır. Bu mübarizədə situativ qərarların qəbulu, mərhələli sərtləşmə və yumşalma manevrlərinin sinxron yerdəyişməsinin tətbiqi insanlarımızın həyatının qorunması kimi ali məqsədə xidmət etməkdədir.

Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunmsaı; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi)  müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan  bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas qrupu çərçivəsində COVİD-19 pandemiyasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə  həsr olunmuş  zirvə görüşlərinin  (video formatda) təşkil edilməsi Azərbaycanın fors-major vəziyətlərdə də yüksək idarəçilik mədəniyyətinə malik olduğunu və ümumi bəla olan pandemiyaya qarşı mübarizəyə  böyük töhfə verdiyini təsdiqləyir.  Bu töhfə konket rəqəmlərdə öz təsdiqini tapır. Bələ ki,  dünyanın 150-dən çox ölkəsi pandemiyanın vurduğu ağır iqtisadi zərbənin təsirindən çıxmaq  üçün beynəlxalq  maliyyə qrumlarının qapısını döyməkdə ikən, Azərbaycan nəinki belə dövlətlərin sırasınmda deyil, əksinə  Ümumdünya Səhiyyə Təşkilatının  COVİD-19 əleyhinə mübarizə fonduna 10 milyon ABŞ dolları həcminə ianə ayırmış, habelə  daha 5 milyon ABŞ dolları miqdarında vəsaiti Qoşulmama Hərəkatının daha çox ehtiyacı olan dövlətləri üçün ünvanlamışdır. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin  siyasi iradəsi sayəsində  Azərbaycan koronovirusla mübarizə məqsədilə daha 14 dövlətə dəstək vermişdir. Bu dəstək həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatları əhatə edir. Eyni zamanda ölkəmiz  Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə köməyə daha çox ehtiyacı olan 15 dövlətə yardım göstərməyi planlaşdırır. Deməli, ağır planetar xarakterli pandemiya dövrndə Azərbaycan  demək olar ki, 30 dövlətə öz kömək əlini uzatmışdır.

Bir sözlə, pandemiya dövrü təkcə dövlətlərin və xalqların əsl simasını üzə çıxarmadı. Eyni zamanda liderlərin də  simasını-şəxsiyyətini  müəyyən etdi.  Xalqlar bu situasiyada ya liderləri ilə sonsuz qürur hissi yaşadılar, ya da əksinə. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, elə də böyük olmayan dövlətinə  böyük intellektə, dərin zəkaya,  iti fəhmə, analitik  düşüncə qabiliyyətinə, prinsipial və qətiyyətli mövqeyə, fprs-major vəziyyətlərdə isə sadalanan keyfiyyətlərinin  unikal yüksəlmə əmsalına malik dünya səviyyəli lider-Prezident İlham Əliyev rəhbərlik edir. Azərbaycan xalqı xoşbəxtdir ki, şəxsi layaqət hissini paklıq zirvəsinə yüksəldən, səmimiyyət,  mərhəmət, nəciblik və  şəfqət kimi ali  insani keyfiyyətlərin unukal harmoniyasını  xarizmatik davranış norması ilə tamalayan  ölkəmizin  Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva ali rəhbərimizin gücünə güc qatır, onun insanların  rifahı naminə gördüyü müstəsna fəaliyyəti  misilsiz  xidmətləri ilə  zənginləşdirir. Mərhəmətli Mehriban xanım Əliyeva dəfələrlə ölkə vətəndaşlarına həm Birinci vitse-prezident, həm də bir ana olaraq müraciət edərək, onların sağlamlığının hər şeydən dəyərli olduğunu vurğulamış, eyni zamanda  insanlara mənəvi dəstək olaraq böyük inam hissi ilə bildirmişdir ki, “Əminəm ki, müdrük xalqımızın  ən gözəl xüsusiyyətləri,  ruh yüksəkliyi və mərdlik,  mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə  bu ciddi şağırışın öhdəsindən gələcəyik. Sizə can sağlığı və uzun ömür arzulayıram!”

Beləliklə, qlobal pandemiyaya ali rəhbərliyin güclü siyasi iradəsi və unikal “peyvənd”imiz-birliyimiz, həmrəyliyimiz və məsuliyyətimiz hesabına qalib gələcəyimizə inanırıq. Tam inam və qətiyyət ortaya qoymaq üçün isə ilk növbədə məsuliyyətimizi daha da artırmalıyıq.  Bu sahədə boşluqların olduğu  heç bir halda fərziyyə deyil, real gerçəklikdir. Bu artıq zamanın çağırışıdır.  Zaman gözləmir.