YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatı 9 May-faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə veteranlarla görüşüb

YAP Xəzər rayon təşkilatı 9 May-faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə veteranlarla görüş keçirmişdir.

9 may 2020-ci il tarixində millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov  rayonda yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarını təbrik etmək üçün onların evlərinə baş çəkilib, onların sosial vəziyyətləri ilə maraqlanılıb və müharibə iştirakçılarına ərzaq məhsullarından ibarət bayram sovqatları verilib.

Onlarla görüşdə ilk növbədə veteranlar Qələbə günü münasibətilə təbrik edilib, faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının misilsiz xidmətlərindən və bu gön həmin müharibə veteranlarına olan dövlətin qayğılarından söz açılıb. Həmçinin bildirilib ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb.

Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur.

Bu gün veteranlara qayğı siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb, müharibə veteranları Prezident təqaüdünə layiq görülüb.

Xəzər rayonunda yaşayan Böyük Vətən Müharibəsi veteranları onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.