YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: Rabitə və yüksək texnologiyalar sahəsində inkişaf tempi 2014-cü il ərzində də qorunub saxlanıb

«Rabitə və yüksək texnologiyalar sahəsində ənənəvi atım və inkişaf tempi 2014-cü il ərzində də qorunub saxlanıb». Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Ə.Abbasov bildirib ki, bu yöndə nailiyyətlər beynəlxalq təşkilatların müvafiq reytinq cədvəlləri və hesabatlarında öz əksini tapır. Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib.

«BMT-nin “E-Hökumət müayinəsi 2014” adlı hesabatında isə Azərbaycan 193 ölkə arasında “Elektron hökumətin inkişafı indeksi” üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib. Həmçinin, Dünya İqtisadi Forumunun dərc etdiyi “Qlobal rəqabətqabiliyyətlilik 2014-2015” hesabatına əsasən, Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Azərbaycan əvvəlki mövqeyini 1 pillə artıraraq dünyanın 144 ölkəsi arasında 38-ci yeri tutub. Beləliklə, Azərbaycan builki hesabatda da MDB məkanında öz liderliyini qoruyub saxlaya bilib»- deyə, nazir vurğulayıb.