YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun mənzil-qərargahında keçirilən iclasda iştirak edib

Yanvarın 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasda təlim, dəstək və məsləhət üzrə NATO-nun başçılığı altında aparılan “Qətiyyətli Dəstək” missiyasının cari vəziyyətinə dair müzakirələr aparılıb və missiyanın gələcək inkişafı üzrə müvafiq qərarlar qəbul olunub.

 

DİGƏR Xəbərlər Arxiv