YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Saltuk Düzyol: TAP tamamlandıqdan sonra “Şahdəniz-2” qazı qitənin enerji təhlükəsizliyinə töhfə verəcək

Azərbaycan təbii qazını Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilən Cənub Qaz Dəhlizinin ən mühüm seqmenti olan TANAP tamamlanıb, növbə TAP boru kəmərinindir.

Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol oktyabrın 8-də keçirdiyi mətbuat konfransında deyib.

Baş direktor bildirib ki, Ərdahanın Posof qəsəbəsindən Türkiyəyə daxil olan, 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçdikdən sonra Ədirnənin İpsala qəsəbəsində Avropa sərhədinə çatan 1850 kilometrlik boru xətti Türkiyə-Yunanıstan sərhədində Azərbaycan qazını Avropaya çatdıracaq TAP-a qaz verilməsi üçün hazır vəziyyətə gətirilib.

“Cənub Qaz Dəhlizinin son mərhələsi TAP tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz Avropaya çatdırılaraq qitənin enerji təhlükəsizliyinə töhfə verəcək”, - deyə S.Düzyol qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv