YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Dan Stiv: Azərbaycan və İsrail əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirir

Azərbaycan və İsrail arasında münasibətlər daim inkişaf edir. Bunu İsrailin Azərbaycandakı səfiri Dan Stiv Bakıda “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda keçirilən konfransda deyib.

Səfir qeyd edib: "Azərbaycan ildən-ilə inkişaf edir və bu inkişaf bizi sevindirir".

Diplomat vurğulayıb ki, ölkəsi Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa xüsusi önəm verir:

"Ölkələrimiz xüsusən hərbi və enerji sahələrində sıx əməkdaşlıq edir, lakin son illər əməkdaşlığımız digər sahələrdə də genişlənir".

İsrail səfiri Azərbaycanın tolerantlıq nümunəsi olduğunu da əlavə edib.