YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mələk Çakmak: Qadın fermerlər kənd təsərrüfatındakı məşğulluğun 50 faizini təşkil edir

Hazırda Azərbaycanda qadın fermerlər kənd təsərrüfatındakı məşğulluğun təxminən 50 faizini təşkil edir.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı ofisinin rəhbəri Mələk Çakmak jurnalistlərə müsahibəsində deyib.

M.Çakmak diqqətə çatdırıb ki, fermer qadınlara dəstək FAO-Azərbaycan Tərəfdaşlıq proqramı çərçivəsində qəbul olunmuş bir layihədir: “Bu gün qadın fermerlər kənd təsərrüfatındakı məşğulluğun təxminən yarısını təşkil etsə də, onların bilik və informasiyalara çıxışı cəmi 2 faizdir. Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsinin məqsədi qadın fermerlərin gördükləri işləri daha da yaxşılaşdırmaq, onların bacarıqları və biliklərini artırmaq, eyni zamanda, istehsal resurslarına, xüsusilə də maliyyə bilik və bacarıqlarına çıxışı yolu ilə onların bazara çıxışını təmin etməkdir”.