YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı təmin edilib

“Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı təmin edilib”. Bu fikri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, bu gün respublikamızda əlverişli biznes və investisiya mühiti yaradılıb. Onun sözlərinə görə, bunun nəticəsində sahibkarlıq fəaliyyəti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı genişlənib.

“Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və özəl sektorun iqtisadiyyatda rolunun daha da artırılması məqsədilə kompleks dövlət dəstəyi tədbirləri həyata keçirilir. Yeni yaradılmış “Sahibkarlara Xidmət” və “Biznes İnkubasiya” mərkəzləri sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin, özəl sektorun güzəştli qaydada maliyyələşdirilməsində səmərəliliyin daha da artırılmasında, kiçik və orta sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin daha geniş tətbiqində əhəmiyyətli olacaq”-deyə, nazir müavini vurğulayıb.