YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Bu, çox böyük humanist addımdır

“Prezident İlham Əliyev şəhid ailələri ilə görüşü zamanı torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizlə bağlı dərin ehtiramını  ifadə etdi”. Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, görüşdə cənab  Prezident qeyd etdi ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Dövlətimizin başçısı həmçinin vaxtilə müavinət almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni Fərman imzaladığını söylədi.

“Hesab edirəm ki, bu, çox böyük humanist addımdır və şəhidlərimizə, onların müqəddəs ruhuna göstərilən çox böyük diqqət və qayğının dövlət səviyyəsində daha bir ifadəsidir.  Cənab Prezidentin yanvarın 28-də  imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidentinin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan 28 yanvar 2019-cu il tarixli Fərmanı yüksək səviyyədə icra ediləcək”-deyə, deputat qeyd edib.