YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT PA-nın sədri: Dağlıq Qarabağ münaqişəsi məsələsində ATƏT və beynəlxalq hüquq prinsiplərinə sadiqlik kənara qoyulub

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT və beynəlxalq hüquq prinsiplərinin riayət olunmasına sadiqlik kənara qoyulub.

Bunu ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü zamanı deyib.

Tsereteli davam edən gərginliyin Avrasiya regionunda ölkələr arasında böyük fikir ayrılıqlarına doğru aparmağından təəssüfləndiyini bildirib:

"Münaqişələr Avrasiyanın bütün nöqtələrində baş verir, lakin ATƏT və beynəlxalq hüquq prinsiplərinə riayət olunmur. Bu, əvvəlki kimi, potensialımızı tam reallaşdırmağa imkan vermir".