YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Prezidenti Vladimir Putin cənab İlham Əliyevi prezident vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Yenidən prezident vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuzu əyani şəkildə təsdiqləyir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət məsələlərinin həllində xidmətlərinizin etiraf olunmasına dəlalət edir.

Sizin ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş səylərinizi Rusiyada yüksək qiymətləndirirlər. Əminəm ki, biz birgə səylərimizlə bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, habelə regional və beynəlxalq məsələlərdə qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin daha da genişlənməsini təmin edəcəyik. Bu, şübhəsiz, Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına uyğundur.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.