YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Estoniyalı deputat: Beynəlxalq müşahidəçilər seçkiləri sərbəst şəkildə izləyə bilirdilər

Seçkilər zamanı heç bir qanun pozuntusu qeydə almadıq. Beynəlxalq müşahidəçilər bütün prosesi sərbəst şəkildə izləyə bilirdilər. Apardığımız müşahidələrdən görürdük ki, bütün vətəndaşlar öz seçki hüququndan istifadə edərək istədiyi namizədə sərbəst səs verirdilər. Seçicilərin fəallığı hiss olunurdu. Gənclər xüsusi olaraq fəallıq nümayiş etdirirdilər.

Bu fikirləri Estoniya parlamentinin deputatı Deniss Borodits mətbuat konfransında bildirib.

O qeyd edib ki, bütün məntəqələrdə hər şey qaydasında idi. Proses yüksək səviyyədə təşkil edilmişdi. Tərəfimizdən hər hansı bir qanun pozuntusu aşkarlanmadı. Məntəqələrdə quraşdırılmış veb-kameralar səsvermənin şəffaflığını təmin edirdi.

Estoniya parlamentinin digər deputatı İqoq Kravtsenko də seçici fəallığının yüksək olduğunu qeyd edib. O, seçkilərin yüksək səviyyədə baş tutduğunu bildirib. “İnanıram ki, prezident seçkilərindən sonra Azərbaycan-Estoniya əlaqələri daha da inkişaf edəcək”, - deyə deputat vurğulayıb.