YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«Türkdilli xalqlarla Slavyan xalqları arasında «SOVDRUJESTVO» Əməkdaşlıq Fondu» Prezident İlham Əliyevi dəstəklənməsi haqda bəyanat yayıb

«Türkdilli xalqlarla Slavyan xalqları arasında «SOVDRUJESTVO» Əməkdaşlıq Fondu» aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, «biz «Türkdilli xalqlarla Slavyan xalqları arasında «SOVDRUJESTVO» Əməkdaşlıq Fondu»nun çoxsaylı üzvləri, uzun illərdir ki, adət-ənənələrimizin qorunması, doğma dilimizin, mədəniyyətimizin  təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli dövlətçilik ənənələrimizin qorunması üçün xalqımızı və vətənimizi təmsil edən çoxsaylı azərbaycanlı icmaları ilə birlikdə Rusiyanın Sibir vilayətində fəaliyyət göstəririk. Hal-hazırda doğma vətənimizdə aparılan gənclər siyasətinə, xüsusilə, dəyərlərimizə qiymət vermək lazımdır».

Bəyanatda o da qeyd olunur ki, «Azərbaycanda həyata keçirilən gənclər siyasəti modelinin başqa ölkələrdə öyrənilməsi bir daha təsdiqləyir ki, aparılan siyasət düzgündür və bu siyasət ölkəmizə, gəncliyə böyük uğur gətirir. Son 10 ildə müxtəlif dövlət və özəl müəssisələrdə işləyən, eyni zamanda, ictimai-siyasi proseslərdə fəal fəaliyyət göstərən gənclərin səviyyəsi xeyli yüksəlmişdir. Təsadüfi deyil ki, 2005-2009, 2011-2015-ci illəri əhatə edən dövlət proqramları gənclərin xaricdəki ən nüfuzlu təhsil ocaqlarında təhsil almasına təkan vermişdir. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən 2007-2017-ci illəri əhatə edən və xüsusi istedada malik olan gənclərin yaradıcı potensialı istiqamətində «Təhsilə dəstək», «Yeniləşən Azərbaycana yeni məktəb», «İnternat məktəblərinin inkişaf proqramı», «Dağlıq Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması» kimi iri layihələr Azərbaycan dövlətinin gənclərə olan yüksək qayğısından xəbər verir. Əlbəttə ki, bu naliyyətlər Azərbaycanın sürətli inkişafı, Respublikada həyata keçirilən hüquqi, demokratik islahatların nəticələri ölkəmizin uğurlu gələcəyindən xəbər verir. Bütün dünya azərbaycanlıları üçün, xüsusilə, gənclər üçün sevindirici haldır ki, doğma Azərbaycanımız davamlı olaraq inkişaf edir. Bu isə bizi sevindirməyə bilməz.  Məhz elə buna görə dövlətimizin gələcəyinə ümidlə baxır və bu inkişafın davamlı olacağına inanırıq».

Yayılan bəyanatda o da vurğulanır ki, «11.04.2018-ci il Azərbaycan xalqının taleyini həll edəcək prezident seçkiləri günüdür. Bu gün harada yaşamasından asılı olmayaraq dünyanın müxtəlif dövlətlərində yaşayan milyonlarla azərbaycanlı arxasında qüdrətli Azərbaycan dövlətinin gücünü hiss edir və azərbaycanlı olmaqları ilə fəxr edirlər. Məhz elə bu baxımdan Azərbaycanda keçirilən prezident seçkiləri Rusiyanın Sibir vilayətində məskunlaşan, «Türkdilli xalqlarla Slavyan xaqları arasında «SODRUJESTVO» Əməkdaşlıq Fondu»nun ətrafında sıx birləşən azərbaycanlıların diqqət mərkəzindədir. Şübhəmiz yoxdur ki, həmişə olduğu kimi müdrik xalqımız düzgün seçim edərək Ulu öndər Heydər Əliyev siyasi kursunun ləyaqətlə davam etdirən İlham Əliyevə növbəti dəfə etimad göstərəcəklər. Məhz elə ona görə də, bütün Azərbaycan vətəndaşlarını dünya azərbaycanlılarının lideri olan İlham Əliyevin ətrafında sıx birliyə çağırırıq. Öz növbəmizdə əmin edirik ki, harada yaşamağımızdan asılı olmayaraq vətəndaş həmrəyliyi nümayiş etdirəcək, prezident seçkilərini yüksək fəallıqla və parlaq şəkildə keçirilməsi üçün maksimum imkanlarımızdan istifadə edəcəyik».