YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukrayna Azərbaycanlı Gənclər Birliyi prezident seçkilərində cənab İlham Əliyevin qalib gələcəyinə əmindir

Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlı Gənclər Birliyi aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Ukrayna Azərbaycanlı Gənclər Birliyi uzun illərdir ki, Azərbaycan dilinin, mədəniyyətinin təbliği, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması və dövlət maraqlarımızın qorunması üçün xalqımızı və vətənimizi təmsil edən çoxsaylı azərbaycanlı icmaları ilə birlikdə Ukraynada fəaliyyət göstərir.

Bəyanatda qeyd olunur: «Hazırda vətənimiz Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti böyük əhəmiyyət kəsb edir. Bir sıra öləkələr tərəfindən Azərbaycanın bu modeli öyrənilir. Bu siyasət Azərbaycanın gəncliyinin inkşafına böyük töhfələr verir. Həyata keçirilən dövlət proqramlarının önəmi artır. Eləcə də, Heydər Əliyev Fondunun təhsilin inkişafı ilə bağlı layihələri gənc nəslin yüksək biliklərə yiyələnməsi baxımından müstəsna əhəmiyyət kəsb edir».

Bəyanatda bildirilir ki, bu uğurların davamı üçün mövcud siyasət davam etməlidir: «Ona görə də, xalqımız 11 aprel prezident seçkilərində özünün gələcək taleyini doğru seçməlidir. Biz Ukraynada yaşayan azərbaycanlılar əminik ki, xalqımız yenə də işıqlı gələcək naminə cənab İlham Əliyevə səs verəcək. Çünki Prezident İlham Əliyev dünyada yaşayan bütün azərbaycanlıların lideri olaraq doğma vətənimizi daim inkişafa, tərəqqiyə və əminamanlığa doğru aparır».