YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası Prezident Ilham Əliyevi dəstəkləyən müraciət qəbul edib

Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası respublikamızda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı müraciət qəbul edib.

Müraciətdə deyilir: “Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış sosial-iqtisadi inkişaf strategiyası ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanda son illərdə sosial-iqtisadi inkişaf əhəmiyyətli dərəcədə sürətlənmiş, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Dünyada narahatedici məqamların çoxalmasına baxmayaraq, ölkəmizdə sabitlik möhkəmlənib və bu sabitliyin mənbəyində dövlət başçımız cənab İlham Əliyevin siyasəti dayanır.

Təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olması ilə əlaqədar Azərbaycan beynəlxalq əlaqələrin inkişafında daha da fəallaşır, dünyada böyük hörmətə malik olan ölkəmizin dostlarının sayı çoxalır, beynəlxalq təşkilatlarda fəallıq göstərilir.

Prezident İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu ölkə iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərə çarpacaq irəliləyişlərə səbəb olmuşdur”.

Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının qəbul etdiyi Müraciət bu sözlərlə yekunlaşır: “Təhsil sistemində aparılan islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi ilbəil yüksəlir. Respublikada 15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən 969-u ali, orta ixtisas və orta təhsilə malikdir. Bütün bu nailiyyətləri nəzərə alaraq biz, Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının üzvləri İlham Əliyevi dəstəkləyirik”.