YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göyçay rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib

YAP Göyçay rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib. Kampaniya çərçivəsində növbəti görüş rayonun  Şəhadət, Qarabaglar, Ərəbcəbrli  kənd sakinləri ilə keçirilmişdir.

 Görüşdə Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov   11 aprel tarixində keçiriləcək Prezident seçkilərinin dövlətimizin və xalqımızın həyatında mühüm siyasi hadisə olduğunu bildirdi. Natiq bildirdi ki, cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb.

Görüşdə cıxış edən Milli Məclisin deputatı, professor Elman Nəsirov bildirdi ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 15 ildə böyük inkişaf yolu keçmişdir: ”Azərbaycan regionun Lider dövlətinə çevrilib. Azərbaycan sabitlik və təhlükəsizlik baxımından nümunə olan ölkələrdən biridir.” Natiq qeyd etdi ki, təbliğat-təşviqat mərhələsi çərçivəsində keçirilən görüşlərdə yüksək seçici fəallığı müşahidə edilir və seçicilər Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevi dəstəklədiklərini birmənalı şəkildə ifadə edirlər.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir. Elman Nəsirov əmin oldugunu bildirdi ki, göyçaylılar ən layiqli namizəd cənab  İlham Əliyevə səs verəcəklər.

Sonra çıxış edən Millət Vəkili Sabir Hacıyev bildirdi ki, xalqimiz 11 aprel prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə xoş gələcəyə, və tərəqqiyə səs vermiş olacaq.Ona görə ki, xalqımızın fəxri, böyük və qətiyyətli dövlət başçısı cənab İlham Əliyev ölkə vətəndaşlarının ümid və qürür mənbəyidir.Cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir və cəmiyyət yekdilliklə onun siyasətini dəstəkləyir.Prezident İlham Əliyevin cəsarətli və müdrik siyasəti sayəsində bügünkü qüdrətli Azərbaycan mövcuddur. Təbliğat-təşviqat kampaniyası zamanı respublikanın hər yerində seçicilər, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevə böyük rəğbətlərini ifadə edirlər və seçki günü tərəddüd etmədən Onun namizədliyini dəstəkləyəcəklərini vurğulayırlar.

Daha sonra kənd sakinləri Ərəstün Kərimov, Rübabə Şərifova, Sevda Hüseynova və  başqaları çıxış edərək bildiriblər ki, cənab İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan müdrik siyasətçidir və göyçaylıların birmənalı olaraq dəyişməz seçimidir. Qeyd olundu ki, bütün  Göyçaylılar hamılıqla  11 Apreldə İlham Əliyevə səs verəcəklər.