YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Goranboy rayon təşkilatı seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüşlər rayonun Balakürd və Nərimanlı kəndlərində keçirilib.

Görüşlərdə çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov qeyd edib ki, son 15 il ərzində bütün sahələrdə səmərəli islahatlar həyata keçirilib, ölkəmizin qüdrəti daha da artıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi, Azərbaycan sabitlik və inkişaf baxımından dünyaya nümunədir: “Bütün bu uğurların davamlı olması üçün biz aprelin 11-də seçkilərə getməli, cənab İlham Əliyevə səs verməliyik”.

Görüşlərdə çıxış edənlər - təbliğat qrupunun üzvü Şahin Allahverdiyev, seçicilər Məhyəddin Əmrahov, Zirəddin Məmmədov, İlaida Əhmədova və başqaları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər. Onlar Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə qələbə qazanacağına inandıqlarını bildiriblər.