YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Duarte Paçeko: Azərbaycanda iqtisadi, siyasi, humanitar sahələrdə həyata keçirilən islahatlar təqdirəlayiqdir

Yanvarın 29-da Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, Portuqaliya Parlamentinin deputatı Duarte Paçeko ilə görüşüb.

Səməd Seyidov Azərbaycanın Parlamentlərarası İttifaqla əməkdaşlıqda maraqlı olduğunu söyləyib. “12 Plyus Geosiyasi Qrupu”nun əlaqələrin möhkəmləndirilməsində rolunu qeyd edən komitə sədri deputatlarımızın müxtəlif beynəlxalq təşkilatlarda fəaliyyəti barədə danışıb. S.Seyidov deputatlarımızın avropalı deputatlarla qarşılıqlı ünsiyyət yaradaraq, ölkəmiz barədə həqiqətlərin yayılmasında faydalı işlər gördüklərini deyib. O, parlament nümayəndə heyətinin AŞPA-nın bu günlərdə keçirilən qış sessiyasında iştirakı barədə də məlumat verib.

Milli Məclisin komitə sədri bildirib ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Konstitusiyamızda qanunun aliliyi, insan hüquqlarının qorunması prinsipləri təsbit olunub. Ölkə vətəndaşları təhlükəsizlik və sabitlik şəraitində yaşayırlar. Dövlətimizin başçısının Sərəncamına əsasən, 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və bununla əlaqədar bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Duarte Paçeko təmsil etdiyi qurumla Azərbaycan arasında səmərəli əməkdaşlığın inkişafı üçün hər iki tərəfdən lazımi addımların atılmasının önəmli olduğunu deyib. Qonaq ölkəmizdə iqtisadi, siyasi, humanitar və digər sahələrdə uğurla həyata keçirilən islahatları, dövlətimizin beynəlxalq səviyyədə rolunun möhkəmlənməsini yüksək qiymətləndirib.

Görüşdə insan hüquqlarının müdafiəsi baxımından son zamanlar ölkə qanunvericiliyində edilən mühüm dəyişikliklər, regional münaqişələrin həlli, dövlətimizin terrorla mübarizəyə verdiyi töhfələr və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.