YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Dövlət siyasətində sosial sferanın prioritetliyi tam təmin edilib

«Azərbaycan 2017-ci ildə dövlət siyasətində sosial sferanın prioritetliyini tam  təmin edib». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, 2017-ci ildə sosial sahənin prioritet qaydada maliyyələşdirilməsi məqsədilə 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait yönəldilib. İl ərzində ölkədə bir sıra istiqamətlərdə sosial xərclər məqsədyönlü şəkildə artırılıb.

«O cümlədən ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması təmin edilir. Bu istiqamətdə 2014-cü ildən başlanılmış işlər ötən il uğurla davam etdirilib və dövlət büdcəsindən 164 milyon manat vəsaitin yönəldilməsi ilə dəstəklənib. 2018-ci il yanvarın 1-i vəziyyətinə 140 min müəllimin bilik və bacarıqlarının qiymətləndirilməsi başa çatdırılıb ki, bunun da 41 min nəfərdən çoxu 2017-ci ilin payına düşür. 
Ötən il ölkəmizdə səhiyyə sahəsində ciddi islahatlara start verilməsi ilə əlamətdar olub. Respublikamızda səhiyyə sisteminin idarə olunmasının təkmilləşdirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində 1800-dən çox müayinə, müalicə, diaqnostika, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətləri özündə birləşdirən icbari tibbi sığortanın tətbiqinə başlanılıb»- deyə, deputat qeyd edib.