YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır

«Ötən il şaxələndirmə siyasətinin yaxşı nəticələr verməsi, ölkənin iqtisadi gücünün artması, maliyyə imkanlarının genişlənməsi öz növbəsində sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılmasını təmin edib». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, son illərdə beynəlxalq miqyasda ayrı-ayrı ölkələr qlobal iqtisadi böhranın mənfi şoklarının nəticəsində özlərinin sosial siyasətinin ardıcıllığını təmin edə bilmirlər və sosial layihələri ixtisara salınır. Bir sıra dövlətlər isə getdikcə azalan gəlirləri fonunda xərclərini qarşılaya bilmədiklərinə görə hətta pensiyaları, əmək haqlarını belə azaltmaq məcburiyyətində qalıblar.

«Amma Azərbaycanın mənzərəsi tamamilə fərqlidir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşının mənafeyi dayanır. Ölkəmiz artıq tarixə dönən 2017-ci ildə də öz ənənəsinə sadiq qalıb. Belə ki, ötən il qlobal miqyasda ciddi çətinliklər müşahidə edilməsinə baxmayaraq, respublikamızda dövlət siyasətində sosial sahənin prioritetliyi təmin edilib və ölkəmiz insanların həyat şəraitinin yaxşılaşmasına yönələn bir sıra yeni təşəbbüslərlə çıxış edib»-deyə, komitə sədri vurğulayıb.