YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: AXC-nin 100 illiyinin qeyd olunması ölkəmizdə azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə xidmət edəcək

«Azərbaycan Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı və 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması tarixi  əhəmiyyət kəsb edir». Bu fikri  AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, hər iki əlamətdar hadisə ilə bağlı AMEA-nın Tədbirlər Planı hazırlanır. Onun sözlərinə görə,  artıq AMEA-nın Tarix və İqtisadiyyat institutlarının təşkilatçılığı ilə AXC-nin 100 illiyinə həsr olunmuş konfranslar  keçirilib. Türkiyə, Gürcüstan və Fransada da bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

«AXC-nin 100 illiyi ilə əlaqədar Astanadakı Beynəlxalq Türk Akademiyası tərəfindən məqalələr toplusu dərc olunacaq. Topluda azərbaycanlı alimlərlə yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan mütəxəssislərin də məqalələri yer alacaq. Ümumilikdə, AXC-nin 100 illiyinin qeyd olunması ölkəmizdə azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə edilmələrinə xidmət göstərəcək»-deyə, akademik vurğulayıb.