YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğız Prezidenti Sooronbay Jeenbekov: Qırğızıstan-Azəbaycan münasibətləri ənənəvi dostluğa, ümumi tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanır

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Məmnunluqla qeyd edirəm ki, Qırğızıstan-Azəbaycan münasibətləri ənənəvi dostluğa, ümumi tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanır.

Ötən 25 il ərzində ölkələrimiz arasında siyasi, ticari–iqtisadi və mədəni–humanitar sahələrdə səmərəli əməkdaşlıq qurulmuşdur. Qırğızıstan ilə Azərbaycan, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.

Qırğız Respublikası Azərbaycan Respublikası ilə xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

Möhtərəm İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və rifah arzulayıram.”