YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Viktor Yuşenko: Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllini tapacağına ümidliyəm

Bu gün Azərbaycanın qarşısında duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ümid edirəm ki, bu problem tezliklə ədalətli həllini tapacaq.

Bu fikri Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko söyləyib.

Viktor Yuşenko bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

“Mən Dağlıq Qarabağ münaqişəsinin daim beynəlxalq hüquq, ərazi bütövlüyü, dövlətlərin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sərhədlərinin pozulmazlığı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllinin tərəfdarı olmuşam”, - deyə sabiq prezident əlavə edib.

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyinə təhdiddir. Ona görə də beynəlxalq təşkilatlar münaqişənin tezliklə həllinə çalışmalıdır.