YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir Şinzo Abe: Yaponiya Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verir

Yaponiyanın Baş naziri Şinzo Abe tərəfindən bu ölkədə akkreditasiya olunmuş yapon dilində danışan səfirlər üçün nahar təşkil edilib.

Xatırladaq ki, ilk belə görüş-nahar 2015-ci ilin dekabrında və sonra 2017-ci ilin yanvarında təşkil olunub.

Tədbirdə Baş nazir Ş.Abenin dəvəti ilə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib. Görüş zamanı hər bir səfirə Baş nazirlə söhbət imkanı yaradılıb. G.İsmayılzadə Azərbaycanın Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini, iki ölkə arasında münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, əməkdaşlığımızın xüsusən iqtisadi sahədə genişləndirilməsinin vacibliyini vurğulayıb. Həmçinin, G.İsmayılzadə 2017-ci il sentyabrın 7-də Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 25 illiyinin qeyd olunduğunu nəzərə çatdırıb.

Səfirimiz sonra 2017-ci ilin ikitərəfli münasibətlər baxımından səmərəli olduğunu vurğulayıb, bu sırada fevralın 23-də Azərbaycan – Yaponiya birgə iqtisadi komissiyanın növbəti iclasının Bakıda yüksək səviyyədə keçirildiyini xatırladıb. Azərbaycanın 1918-1920-ci illərdə İslam dünyasında yaradılan ilk demokratik dövlət olduğu, 2018-ci ildə ölkəmizin müstəqilliyinin 100 illiyinin qeyd olunacağı bildirilib.

Ş.Abe verilən məlumatlara görə minnətdarlığını ifadə edib, Yaponiyanın Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Tədbirdə yapon dilində danışan 24 səfir iştirak edib.