YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Təhsilin keyfiyyətinin yüksəldilməsi və kadr hazırlığının təmin edilməsi daim diqqət mərkəzindədir

«Bu gün Azərbaycanda müxtəlif sahələrin tələblərini ödəmək məqsədilə yüksəkixtisaslı mütəxəssis və alimlər hazırlanır». Bu fikri təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

C.Bayramov bildirib ki, XXI əsrin milli təhsil quruculuğunun “yol xəritəsi” sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, ali təhsil sisteminin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və formalaşdırılması üzrə görülən işlər ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyur.

«Təhsilin keyfiyyətinin yüksəldilməsi və kadr hazırlığının təmin edilməsi daim diqqət mərkəzindədir. “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurla reallaşdırılması gənclərimizin elmə daha yaxından cəlb olunması və dünya elminə inteqrasiyası baxımından atılmış mühüm addımlardan biridir. Eyni zamanda, “SABAH” qruplarının yaradılması, “Sabahın alimləri” respublikası müsabiqəsinin keçirilməsi, respublika və beynəlxalq fənn olimpiadalarının təşkili, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişikliklərin edilməsi və tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi onların təhsilalma imkanlarının genişləndirilməsində böyük rol oynayıb»-deyə, nazir müavini vurğulayıb.