YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Quluzadə: Azərbaycanda yeni böyük DATA Mərkəzi yaradılır

Azərbaycanda yeni böyük DATA Mərkəzi yaradılır.

Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dekabrın 19-da Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkil etdiyi işgüzar naharda məlumat verib.

Nazir qeyd edib ki, Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəflərə çatmaq üçün Bakıda və regionlarda genişzolaqlı şəbəkə qurulur, yeni texnologiyalar, o cümlədən LTE texnologiyası tətbiq olunur. Azərbaycanın regionun ən təhlükəsiz DATA Mərkəzinə malik olduğunu xatırladan nazir Ramin Quluzadə Yevlax şəhərində Ehtiyat DATA Mərkəzinin qurulduğunu bildirib. Mərkəzin fəaliyyətinin genişləndirilməsi üçün "Microsoft" şirkəti ilə Memorandum imzalanıb.