YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: 2017-ci ildə xarici siyasət sahəsində beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi istiqamətində əsaslı uğurlar qazanılıb

"Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sisteminin müstəqil və suveren aktoru kimi, regionda və ətraf coğrafiyada baş verən proseslərdə xüsusi çəkiyə və mühüm rola malikdir. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi ildən – ilə möhkəmlənir, ölkəmizin regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Hesab edirəm ki, 2017-ci ildə də xarici siyasət sahəsində Azərbaycanın milli maraqlarının qorunması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılıması istiqamətində əsaslı uğurlar qazanılıb. Azərbaycan özünün balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli, həm də çoxşaxəli əlaqələr fonunda mühüm əməkdaşlıq münasibətləri qura bilib". Bu fikirləri  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, 2017-ci il də Azərbaycan Prezidentinin uğurlu xarici səfərləri, bir çox dövlət və hökumət başçılarının ölkəmizə səfərləri və aparılan ikitərəfli danışıqlar, dövlət başçıları arasında strateji əməkdaşlığa dair sənədlərin imzalanması ilə xarakterik oldu. Eyni zamanda, Azərbaycanın dövlət başçısı bir çox beynəlxalq tədbirlərdə iştirak edərək Azərbaycanın siyasətini, əldə etdiyimiz uğurları, Dağlıq Qarabağ problemini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

S.Qafarovanın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi xarici siyasət kursunun nəticəsi olaraq bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan ölkə kimi qəbul olunur. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dövlətlərlə bərabərhüquqlu, qaşılıqlı maraqlara söykənən uğurlu əməkdaşlıq əlaqələri qurub. Sahibə Qafarova deyib ki, Azərbaycanın xarici siyasəti açıqdır, ölkəmiz milli maraqlarımıza cavab verən, xoşməramlı istənilən təşəbbüsü dəstəkləməyə hazırdır.

"Azərbaycan dövlətinin qazandığı nailiyyətləri şərtləndirən mühüm amillərdən biri şübhəsiz ki, xarici siyasətlə daxili siyasətinin bir – birini uğurla tamamlamasıdır. Ölkə daxilində iqtisadi, sosial, siyasi, humanitar və digər bütün sektorlar üzrə qazanılan nailiyyətlərin xarici siyasətdə də ardıcıllıqla davam etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasi kursun nə qədər əhəmiyyətli və praqmatik olduğunu göstərir. Azərbaycan bu gün sabir, dinamik inkişaf edən, dünyada sülh və təhlükəsizliyə, mədəniyyətlər, sivilizasiyalar arasında dialoqa mühüm töfhələr verən, müstəqil xarici siyasət həyata keçirən, bir çox mühüm beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi edən dövlət kimi özünü təsdiq edib. Təkcə 2017-ci ildə ölkəmizdə beynəlxalq humanitar forumlar, iqtisadi, siyasi mövzuda konfranslar, idman sahəsində mühüm yarışlar, İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə təşkil olunaraq bir daha Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirdi",- deyən millət vəkili Sahibə Qafarova ilin mühüm hadisələri sırasında Cocuq Mərcanlı kəndinin bərpası və böyük qayıdışın başlamasını da xüsusi qeyd edib.