YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Yıldız: Ermənistan nə qədər ki, işğalçılıq siyasətini davam etdirəcək təzyiqlərlə qarşılaşacaq

Ermənistan nə qədər ki, işğalçılıq siyasətini davam etdirəcək təzyiqlərlə qarşılaşacaq.

Bu fikri Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız söyləyib.

Onun sözlərinə görə, münaqişənin həlli istiqamətində Azərbaycanın tutduğu yol haqq yoludur.

“Türkiyə işğalçılıq siyasəti ilə bağlı Ermənistanla sərhədlərini bağlı saxlayır. Türkiyənin mövqeyi bəllidir, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”, - deyə Türkiyənin nazir müavini əlavə edib.

Ə.Yıldız bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində birgə layihələrin həyata keçirilməsinə maneə törədir.