YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saltuk Düzyol: TANAP-ın dəniz hissəsinin inşası yekunlaşıb

Azərbaycan təbii qazını Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Dardanel boğazından keçən hissəsinin tikintisi başa çatıb.

Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. O qeyd edib ki, TANAP-ın Dardanel boğazından keçən 36 düymlük 18 kilometr uzunluğundakı qoşa boru kəməri və fiber optik kabelin dəniz altına döşənməsi işləri artıq tamamlanıb. Hazırda boru kəmərinin üzəri örtülərək mühafizə olunur. Həmçinin boru kəmərinin quruya çıxdığı hər iki sahildə isə bərpa işləri görülür.