YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kestutis Yankauskas: Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanması istiqamətində iş davam edir

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanması istiqamətində iş davam etdirilir.

Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Bakıda Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tədbirdə çıxışı zamanı deyib.

Təmsil etdiyi qurumun Azərbaycanın Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti ilə birlikdə layihələr həyata keçirdiyi vurğulayan K.Yankauskas deyib: “Biz istəyirik ki, daha çox avropalı Azərbaycana gəlsin, daha çox azərbaycanlı isə Avropaya getsin. Bu istiqamətdə əməkdaşlığımızı genişləndirmək istəyirik”.