YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Azərbaycan gəncliyi cəmiyyətin bütün sferalarında yüksək səviyyədə təmsil olunur

Müasir Azərbaycan gəncliyi ölkəmizi bütün dünyada layiqincə təmsil edir». Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, Azərbaycan gəncliyi cəmiyyətin bütün sferalarında yüksək səviyyədə təmsil olunur. Onun sözlərinə görə, hər bir istiqamətdə onların fəaliyyəti qənaətbəxşdir.

Dünyanın ayrı-ayrı ölkələrindən Azərbaycan gəncliyinin səsi yüksək yerlərdən gələndə hər birimiz fəxr hissi keçiririk. Mən son illərin gəncliyini Azərbaycan tarixində millətinə,  dövlətinə bağlı çox böyük qüvvə hesab edirəm»-deyə, komitə sədri qeyd edib.