YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində mühüm işlər görülür

«Dünyanın ən ciddi problemlərindən biri olan gender əsaslı zorakılığın qarşısının alınmasında bütün ölkələr dövlət səviyyəsində iş aparır, mühüm qərarlar qəbul edirlər. Azərbaycan da bu prosesdən kənarda qalmayıb». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, ölkəmizin qoşulduğu “Uşaq hüquqları və Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” ilk beynəlxalq Konvensiya da bunu deməyə əsas verir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə qadın hüquqlarının qorunması, xüsusilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası var.

 «Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunub. Ümumiyyətlə, Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində çox mühüm işlər görülür»- deyə, Dövlət  Komitəsinin sədri vurğulayıb.