Xəbərlər
Azərbaycan qazının Gürcüstana ixracı xeyli artıb
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/80e3cc7201aae52b139a28364111a03c.jpg&w=360)
2014-cü ilin birinci yarısında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstana 640 milyon kubmetrə yaxın qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 43,5 faiz çoxdur. /Trend/
Müqayisə üçün: ötən ilin yanvar-iyun aylarında ARDNŞ tərəfindən Gürcüstana 446 milyon kubmetrə yaxın qaz ixrac edilib.
Gürcüstana qaz ixracı uğurla davam edir.
2013-cü ildə ARDNŞ Gürcüstana təxminən bir milyard kubmetr qaz ixrac edib. 2012-ci ildə bu göstərici 993 milyon kubmetr olub.