YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrail Prezidenti ölkəsində yanğınların söndürülməsində iştirak edən FHN-in əməkdaşlarına təşəkkürünü bildirib

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsraildə yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, təyyarə noyabrın 27-də əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 kilometr radiusda hava məkanında növbə çəkib.

Qeyd edək ki, bu gün İsrail Prezidenti Reuven Rivlin ölkəsində yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşərək, göstərdikləri şücaətə görə onlara öz təşəkkürünü bildirib.