YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Qusar rayonunda seçicilər ilə görüşü keçirilib

26 sentyabr ümumxalq səsverməsi ilə bağlı Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Qusar rayonunda seçicilər ilə görüşü keçirilib.

Tədbiri “Yeni Azərbaycan” təşviqat qrupu Qusar rayon şöbəsinin sədri David İbramxəlilov giriş sözü ilə açaraq ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişiklərlə bağlı geniş məlumat verib. O,bildirib ki, Konstitusiya hər bir vətəndaşın hüquqlarının təminatçısıdır. Orada edilən hər hansı əlavə və dəyişiklik isə seçicilərin iradəsi ilə baş verir.

Tədbirdə iştirak edən “Yeni Azərbaycan” təşviqat qrupun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev bildirib ki, yeni qanunların qəbulu, yaxud mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi ictimai münasibətlərin hüquqi tənzimlənməsini daha da təkmilləşdirmək, müasirləşdirmək niyyətindən irəli gəlir: "Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurətdən atılmış addımdır. Belə yanaşmalar Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş köklü dəyişikliklər, eləcə də regionda və dünyada baş verən geosiyasi proeseslərin zərurətindən irəli gəlir. Konstitusiyaya dəyişikliklərlə bağlı layihəni Azərbaycanın inkişafı baxımından mühüm islahat kimi dəyərləndirmək olar. Azərbaycan inkişaf etməkdə olan ölkədir və qarşısındakı hədəflər böyükdür".

 Sonra “Yeni Azərbaycan” təşviqat qrupunun vəkili, Milli Məclisin deputatı Azər Badamov çıxış edərək Konstitusiya ediləcək dəyişikliklərin inkişafa, sabitliyyə və bütövlükdə ölkənin gələcəyinə xidmət etdiyini bildirib.

Daha sonra  “Yeni Azərbaycan” təşviqat qrupu Qusar rayon şöbəsinin üzvü Nadirşah Şirinov öz fikirlərini bildirərək qusarlı seçiciləri respublikamızda keçirilən hər bir seçkilərdə həmişə fəal olduğunu söyləyib və qarşıdan gələn seçkilərdə də səs verəcəklərinə ümüdvar olduğunu vurğulayıb.