YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Dövlətin idarə olunması sahəsində islahatlar daha da sürətlənəcək

«Azərbaycan Prezidenti İlham Əliyevin n müvafiq sərəncamı ilə təsdiq olunmuş, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi Azərbaycanda dövlətin idarəolunması sahəsində inqilabi dəyişiklikləri nəzərdə tutan bir sənəddir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, hazırki Konstitusiyanın qəbul edilməsindən artıq 20 ildən artıq bir vaxt keçib. Onun sözlərinə görə, bu dövr ərzində Azərbaycanda bütün sahələrdə yüksək inkişafa nail olunub, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib.

«Ancaq zaman keçdikcə ölkənin hərtərəfli inkişafı üçün aparılan islahatların daha da sürətlənməsinə ehtiyac yaranır. Referendum Aktı layihəsində dövlətin idarə olunmasının təkminləşdirilməsini, ölkədə demokratiyanın daha da inkişaf etdirilməsini nəzərdə tutulan dəyişikliklər əks olunub. İnanıram ki, Azərbaycan xalqı referendumda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktına hə deyəcək, dövlətin daha da modernləşməsi, ölkənin sürətli inkişafı üçün islahatlar aparılmasına geniş şərait yaranacaq və Azərbaycan bütün sahələrdə daha sürətli inkişafa nail olacaq»- deyə, R.Əliyev vurğulayıb.