YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qırğını barədə məlumatlandırma kampaniyası keçiri

ABŞ Azərbaycanlılar Şəbəkəsi (USAN) Amerika ictimaiyyətini Xocalı qırğını barədə məlumatlandırmaq məqsədi ilə hər il keçirilən kampaniyaya doqquzuncu dəfə start verib. ABŞ konqresmenlərinə, ştatların parlamentlərinin və administrasiyalarının qanunvericilərinə, ABŞ Dövlət Departamentinə və Amerika KİV-lərinə ünvanlanmış müraciətdə qeyd edilir ki, 1992-ci ilin fevralında keçmiş SSRİ qoşunlarının 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş hərbi cinayət müasir tarixdə sənədlərlə təsdiqlənmiş ən dəhşətli hadisələrdən biridir.

Hyu Poup, Tomas Holts, Tom de Vaal kimi bir sıra xarici jurnalistlər, habelə “Human Rights Watch” hüquq-müdafiə təşkilatı tərəfindən təqdim olunmuş sübutlar Xocalının dinc sakinlərinə qarşı törədilmiş vəhşiliklərə dəlalət edir. Sənəddə həmçinin qeyd olunur ki, bir neçə dövlətin parlamentləri və ABŞ-ın iyirmi ştatının qubernatorları Xocalı qırğınını tanıyan proklamasiyalar qəbul ediblər. Amerikalılar 2001-ci il 11 sentyabr terror aktlarını xatırladığı kimi, Azərbaycan xalqı da Xocalıda, dinc Azərbaycan sakinlərinə qarşı törədilmiş terror gününü daim xatırlayacaq.

Müraciətin sonunda vurğulanır ki, Azərbaycanın terrorizmə qarşı ABŞ ilə birgə mübarizə aparması, habelə İraqda, Əfqanıstanda və Kosovoda sülhyaratma missiyalarında Azərbaycanın iştirakı mühüm rol oynayır.