YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın yeni sədri seçilib

Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında ispaniyalı Pedro Aqramunt qurumun sədri seçilib.

Pedro Aqramunt AŞPA-da Avropa Xalq Partiyası qrupunun sədri olub. Assambleya sədri vəzifəsinə namizədlər qurumdakı siyasi fraksiyalar tərəfindən irəli sürülür. Siyasi qruplar arasında razılaşdırılmış rotasiya prinsipinə dair “centlmen sövdələşməsi”nə əsasən bu dəfə növbə P.Aqramuntun rəhbərlik etdiyi Avropa Xalq Partiyası qrupunun idi. Onun bu vəzifəyə namizədliyi ötən il öz qrupu tərəfindən irəli sürülüb.

İspaniyanın Valensiya bölgəsindən deputat seçilmiş senator P. Aqramunt 2000-ci ildən etibarən AŞPA-da təmsil olunur.