YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Abdullayev: Heç kim ölkədə öz şəxsi istəklərinə uyğun qayda-qanun yarada bilməz

Heç kim ölkədə öz şəxsi istəklərinə uyğun qayda-qanun yarada bilməz. Bu, qeyri-mümkündür. Kimsə nə vaxtsa dövlətin təməl sütunlarına toxunmaq istəyirsə ona heç vaxt güzəşt olunmayacaq.

Bu fikirləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının və Qazılar Şurasının birgə toplantısındakı çıxışında bildirib.

Kamal Abdullayev qeyd edib ki, dövlətimizin öz gələcək strategiyasının səbatlılığını təmin etmək istiqamətində atdığı hər bir addım Azərbaycan vətəndaşlarını, o cümlədən dindarlarımızı qorumaq məqsədi daşıyır. Bu gün ölkəmizdə dinindən, dilindən, milliyətindən asılı olmayaraq bütün vətəndaşlarımızın bir hədəfi var. Bu da azərbaycançılıq ideologiyasıdır. Bu ideologiyanın əsasını ulu öndər Heydər Əliyev qoyub. Azərbaycan xalqı böyük təcrübələrdən keçmiş bu yolun səmərəsini, bəhrəsini artıq görüb və görməkdədir. Ölkəmizdə tolerantlıq mühitinin qorunmasında Ümummilli Liderin əvəzsiz xidmətləri olub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir.

Dövlət müşaviri ölkəmizdəki dövlət-din münasibətlərindən danışarkən qeyd edib ki, müstəqilliyini bərpa edən zaman Azərbaycanda cəmi 17 məscid var idi. Bu gün isə ölkəmizdə 2 minə yaxın məscid fəaliyyət göstərir. Azərbaycanda məzhəb problemi yoxdur, tam tolerantlıq mühiti hökm sürür.

Nardaranda baş verən hadisələrlə bağlı danışan Kamal Abdullayev əminliklə bildirib ki, bundan sonra nardaranlılar həqiqi İslam dininin əsaslarına uyğun öz fəaliyyətlərini davam etdirəcəklər.