YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gündüz İsmayılov: Dini mərasimlərin keçirilməsi azad olsa da, bu mərasimlərdə müxtəlif siyasi çalarlar olan atributlar olmamalıdır

Hazırda Azərbaycanda 2166 məscid var. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

G.İsmayılov bildirib ki, indiyədək 3 minə yaxın Azərbaycan gənci xaricdə dini təhsil alıb və ya hazırda təhsilini davam etdirir: “Azərbaycana qayıdandan sonra xaricdə dini təhsil almış gənclər o ölkələrə xas adət-ənənələri də təbliğ etməyə başlayırlar. Bu da cəmiyyətimizdə ciddi fikir ayrılığı yaradır. Yəni, tək aldıqları dini təhsili yox, həm də həmin xarici ölkələrin adətlərini də təbliğ edirlər. Bu da qanunvericilikdəki boşluqdan irəli gəlir. Buna baxmayaraq, xaricdə təhsil almaq azaddır ”.

Komitə sədrinin müavini onu da qeyd edib ki, məhz qanundakı boşluqlar nəticəsində müxtəlif dini mərasimlər, küçə tamaşaları göstərilir: "Məsələn, Aşura mərasimi Azərbaycanda İslamın ümumi prinsipləri ilə keçirilir. Buna baxmayaraq, qanundakı boşluqlarla əlaqədar bu dini mərasim zamanı küçələrdə yürüşlər və dini tamaşalar göstərilir. Buna yol verilməməlidir. Eyni zamanda, Aşura keçirilən yerlərə müxtəlif rəngli, qara və qırmızı rəngli bayraqlar gətirilir. Dini mərasimlərin keçirilməsi azad olsa da, bu mərasimlərdə müxtəlif siyasi çalarlar olan atributlar olmamalıdır”.

Gündüz İsmayılov Dövlət Komitəsinin təklifini də açıqlayıb: “Təklif edirik ki, ibadətgahlardan kənar, ictimai yerlərdə dini şüarların və digər dini atributların nümayiş etdirilməsi qadağan edilirsə, din xadimləri burada istisna təşkil etsin”.