YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minsk qrupunun həmsədrləri ATƏT-in Daimi Şurasının iclasında çıxış ediblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andryö (Fransa) Vyanada ATƏT-in Daimi Şurasının iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış ediblər.

Bu barədə C.Uorlik "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, daha əvvəl həmsədrlər Almaniyanın ATƏT-də sədrliyi ərəfəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Berlində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüş keçiriblər.

ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası dekabrın 3-4-də Belqradda keçiriləcək. İclas zamanı təşkilatda sədrlik Serbiyadan Almaniyaya keçəcək.