YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda şagirdlər arasında bilik yarışı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının, Samux rayon İcra Hakimiyyətinin və Samux rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş məktəblilər arasında bilik yarışı keçirilib.

Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux rayonu üzrə təhsil sektorunun müdiri Nurlana Həsənova çıxışlarında Ümummili Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Ulu Öndərin ölkəmizin müstəqilliyi və onun möhkəmlənməsi, sosial-iqtisadi inkişafı üçün gördüyü işlər ölçüyəgəlməzdir. Ulu Öndər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilib.

Daha sonra bilik yarışının əhəmiyyətindən söhbət açılıb. Vurğulanıb ki, yarışın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin məktəblilər arasında təbliği, onların elmə, maarifləndirici yarışlara marağının artırılması, intellektual və yaradıcı inkişafa təkan verilməsi və effektiv kommunikasiyanın qurulmasıdır.

Bilik yarışında 17 məktəbi təmsil edən 85 şagird iştirak edib. Hər birində 5 nəfər olan komandalar arasındakı yarışın qalibi Samux şəhər 3 saylı tam orta məktəbin şagirdləri olub. Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin və İnstitut qəsəbə tam orta məktəbin şagirdləri isə müvafiq olara II və III yerləri tutublar.

Qeyd edək ki, qaliblərə Fəxri fərman və qiymətli hədiyyələr Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ümumrayon tədbirində təqdim ediləcək.