YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Əhmədov: Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın irəliləməsi uğurlu göstəricidir

«Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı “Doing Business -2016: Tənzimləyici sahədə Keyfiyyət və Səmərəliliyin Qiymətləndirilməsi Hesabatı”nda Azərbaycanın ötən illə müqayisədə 17 pillə irəliləməsi çox müsbət hadisədir və uğurlu göstəricidir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü  Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, hesabatda Azərbaycanın ötən illə müqayisədə 17 pillə irəliləməsi də təsadüfi deyil. Onun sözlərinə görə, bu dünyada gedən qlobal iqtisadi təlatümlər fonunda bır sıra dövlətlərlə müqayisədə  Azərbaycanın öz iqtisadi inkişaf tempini qoruyub saxlaması ilə bağlıdır.

«Bununla yanaşı, ötən müddət ərzində ölkə Prezidenti tərəfindən atılan bir sıra addımlar, ölkədə sahibkarlığın, biznes mühitinin yaxşlaşdırılması, sahibkarlara qarşı qanunsuz müdaxilələrə son qoyulması və sair məsələlərlə bağlı verilən tapşırıqlar, imzalanan sərəncam və fərmanlar da bu məsələdə mühüm rol oynayır. Elə son dövrlərdə bir-birinin ardınca verilən sərəncamlar, fərmanlar, sahibkarlarla bağlı yoxlamaların iki illiyinə dayandırılması, lisenziyaların bir çoxunun verilməsinin “ASAN” Xidmətə həvalə olunması dediklərimizə əyani sübutdur»- deyə, komitə üzvü qeyd edib.