YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev fenomeni - müdriklik və qətiyyət örnəyi”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərini davam etdirir.

Samux rayon ərazi partiya təşkilat sədrləri ilə “Heydər Əliyev fenomeni - müdriklik və qətiyyət örnəyi” mövzusunda keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və ərazi partiya təşkilat sədrləri Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, ölkəmizin qüdrətlənməsindən, bugünkü Azərbaycanın dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biri olmasından, əhalinin rifah halının ildən-ilə yüksəlməsindən danışıblar.

Çıxışlarda Ulu Öndərin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğu vurğulanıb.

YAP Samux rayon təşkilatının, Samux rayonu üzrə Təhsil Sektorunun və Uşaq-Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin 8, 10, 12 və 14 yaş qrupunda olan məktəbliləri arasında keçirilən şahmat turnirində isə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Uşaq-Gənclər Şahmat məktəbinin direktoru Faiq Aslanov çıxış edib. Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev idmanın inkişafına daim böyük qayğı göstərib və məhz Onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib, ölkəmizdə güclü şahmat məktəbi yaradılıb. Bu prosesin indi də geniş vüsət aldığı, şahmatın ölkəmizdə daha da inkişafının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğu diqqətə çatdırılıb.

Sonda turnirin qaliblərinin Fəxri fərman və qiymətli hədiyyələrlə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ümumrayon tədbirində təqdim edilməsi qərara alınıb.

DİGƏR Xəbərlər Arxiv