YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Həmsədr Azərbaycanla Ermənistanı bərabər tutmamalıdır

«Ceyms Uorlik əksər hallarda ermənipərəst bəyanatlar verir. Uorlik özü bildirib ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır. 

O Ermənistan prezidenti Serj Sarkisyandan soruşsun ki, bunu etməyə siyasi iradəsi var ya yox?». Bu fikirləri politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, həmsədr   Azərbaycanla  Ermənistanı bərabər tutmamalıdır. Onun sözlərinə görə, Ermənistan cinayət edib.

«Beynəlxalq aləm, güclü  dövlətlər də Ermənistanın etdiklərinə şərikdir. İşğalçı ilə işğala məruz qalanı bərabərləşdirməyə ehtiyac yoxdur. Uorlikin özünün də bu barədə bəyanatı var, yenilənmiş Madrid prinsiplərində də var ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalıdır. ABŞ Dövlət Departamenti “Dağlıq Qarabağ və digər Azərbaycan ərazilərinin Ermənistanın dəstək verdiyi seperatçıların nəzarəti altında olan ərazilər adlandırıb. Uorlik bunu Serj Sarkisyandan soruşsun. Sarkisyanın bunu qəbul etmək iradəsi varmı?»- deyə, politoloq qeyd edib.