YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: Azərbaycan açıq cəmiyyətdir, dünyaya sürətlə inteqrasiya edir

«Seçki haqqında yalnız prosesi müşahidə edən şəxs danışa bilər. Hazırda xaricdə sifariş əsasında fəaliyyət göstərən müəyyən mərkəzlər seçki prosesində heç bir monitorinq aparmadıqları halda ölkəmiz haqqında fikir formalaşdırmaq istəyirlər. Əlbəttə ki, bu, ciddi qəbul edilmir». Bu fikirləri YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, partiyanın Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, məlum çevrələr Azərbaycanla bağlı beynəlxalq aləmdə mənfi rəy yaratmağa çalışırlar. Lakin Azərbaycan açıq cəmiyyətdir, dünyaya sürətlə inteqrasiya edir. Onun sözlərinə görə, ölkəmizdə gedən prosesləri həm canlı şəkildə müşahidə etmək, həm də mətbuat vasitəsilə izləmək mümkündür. Ona görə də, müəyyən mərkəzlərin Azərbaycanla bağlı yazdığı fikirlərin heç bir əsası yoxdur.

«ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə bağlı Azərbaycanın mövqeyi ortadadır. Bu qurum müstəqil şəkildə fəaliyyət göstərmir. Büro ATƏT-ə tabe olan adi departament statusuna sahibdir. Lakin bir sıra hallarda onlar özlərini müstəqil fəaliyyət göstərən təsisat kimi qələmə verirlər. Azərbaycan Büroya əhalinin və seçki dairələrinin sayına uyğun müşahidə qrupu göndərməyi təklif etmişdi. Çünki Büro hər zaman bu meyarlara əsaslanaraq seçki keçirilən ölkəyə monitorinq qrupu göndərib. Lakin bu dəfə Büro qeyri-adi mövqe nümayiş etdirərək, heç bir ciddi əsas irəli sürmədən Azərbaycana müşahidə missiyası göndərməkdən imtina edib. Bununla onlar Azərbaycana qarşı səmimi münasibətdə olmadıqlarını ortaya qoyublar»- deyə, A.Mirzəzadə vurğulayıb.