YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 11 saylı Qaradağ Seçki Dairəsindən namizədi Aydın Hüseynov Qızıldaş qəsəbəsində seçicilərlə növbəti görüşünü keçirib

Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 11 saylı Qaradağ Seçki Dairəsindən namizədi Hüseynov Aydın Nəsir oğlunun Qızıldaş qəsəbəsinin yaşayış məhəllərində seçicilərlə növbəti görüşü keçirilib. 

Görüşdə çıxış edən Aydın Hüseynov YAP-ın bu seçkilərə "Yeni hədəflərə doğru!" şüarı ilə qatıldığını xatırladaraq deyib ki, sürətli iqtisadi inkişaf tempi əldə edən Azərbaycanı qarşıda daha böyük hədəflər, nailiyyətlər gözləyir. Bu hədəflərə nail olmaq üçün isə noyabrın 1-də hamılıqla YAP-ın namizədlərinə səs verməliyik.
Daha sonra görüşdə çıxış edən seçicilər Aydın Hüseynovun fəaliyyəti haqqında məlumatlı olduqlarını, onun işgüzar, səmimi bir insan kimi rayon sakinləri arasında hörmət və ehtiram qazandığını, noyabrın 1-də isə məhz YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.