YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Bəxtiyar Sadıqov Ağdam rayonunun İmamqulubəyli və Qasımbəyli qəsəbələrində seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyası  tərəfindən 119 saylı Ağdam kənd Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadıqov Bəxtiyar Yusif oğlunun rayonun İmamqulubəyli və Qasımbəyli qəsəbələrində seçicilərlə növbəti görüşü olub.

Görüşləri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının Seçki Qərərgahının sədri İsgəndər Quliyev partiyamız tərəfindən namizədliyi irəli sürülmüş Bəxtiyar Sadıqovun həyat və faəliyyəti barədə seçicilərə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən seçicilər noyabrın 1-də YAP-ın namizədini dəstəkləyəcəklərini və ölkə başçısının ətrafında sıx birləşdiklərini bəyan ediblər.

Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Bəxtiyar Sadıqov parlament seçkilərinin Azərbaycanın siyasi həyatında və demokratiyanın inkişafında vacib rol oynadığını bildirib. Deputatlığa namizəd  onunla görüşə gəlmiş sakinlərə minnətdarlıq edib və Azərbaycan xalqının, xüsusilə də özünün təmsil olunduğu Qarabağ bölgəsinin çiçəklənməsi naminə var gücü ilə çalışmağa həmişə hazır olduğunu deyib.