YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqan seçiciləri: Biz YAP-ın namizədinə səs verəcəyik ki, Azərbaycanın inkişafı davamlı olsun

Bu fikirlər 81 saylı Beyləqan  seçki dairəsindən deputatlığa namizəd Şahin İsmayılovun rayonun Birinci Aşıqlı və İkinci Aşıqlı kəndlərinin seciciləri ilə izdihamlı  görüşlərində səsləndirildi.

1 noyabr parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası YAP Mərkəzi Seçki Qərargahının Beyləqan rayon şöbəsində mütəşəkkilliklə davam edir. Oktyabrın 19-da YAP-ın 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədi Şahin İsmayılovun Birinci Aşıqlı və İkinci Aşıqlı   kəndlərinin seciciləri ilə görüşləri keçirildi. Hər iki görüşdə kənd sakinlərinin böyük əksəriyyəti iştirak edirdi.

Deputatlığa namizəd Şahin İsmayılov çıxış edərək bildirdi ki, mən sizinlə görüşlərimdən həmişə müsbət enerji alıram. Müşahidə edirəm ki, hər bir Azərbaycan vətəndaşı möhtərəm Prezidentimiz İlham Əliyevi, onun rəhbərlik etdiyi dövləti çox sevir və sədaqətin nümayiş etdirir. Məhz bu amillər imkan verir deyəm ki, bu seçkilərdə xalqın seçimi yenə də YAP-ın nmizədləri olacaqdır: «Məhz bu sevgi və hörmətə görə sizin hər birinizə minnətdarlığımı bildirirəm. Eyni zamanda inanıram ki, xalqla-Prezidentimizin mövcud birliyi davamlı və sarsılmaz olacaqdır.»

Görüşlərdə çıxış edən kənd ziyalıları, gənclər deputatlığa namizəd Şahin İsmayılovu ziyalı gənc kimi yüksək dəyərləndirərək birmənalı olaraq onu dəstəkləyəcəklərini ifadə etdilər.